Digər
Nepalda qəzaya uğrayan təyyarədə sağ qalanlar tapıldı - FOTO/YENİLƏNDİ
Nepalda sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə sağ qalanlar tapılıb.
Publika.az xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.
Təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olduğu məlum olub. İlkin olaraq təyyarədə olanların hamısının həlak olduğu bildirilirdi. Amma dağıntılar təmizləndikdən sonra sağ qalanlar tapılıb. Hələlik neçə nəfərin sağ tapıldığı barədə məlumat verilmir.
xxx
11:55
Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Hindistanın “News18” telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.
xxx
11:46
Nepalda Yeti Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə 45 cəsəd tapılıb, sağ qalanların axtarışları davam edir.
Publika.az xəvər verir ki, bu barədə “News18” məlumat yayıb.
KİV-in məlumatına görə, rəsmilər sərnişinlərin qəzadan sağ çıxmaq şansının az olduğunu bildiriblər.
Qəzaya uğrayan təyyarənin qalıqları alovlara bürünüb və xilasedicilər alovu söndürməyə çalışıblar.
Hazırda fövqəladə hadisə yerində xilasedicilər işləyir, faciənin baş vermə səbəbi araşdırılır.
xxx
10:55
Nepalda göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olan “Yeti” Hava Yollarına məxsus sərnişin təyyarəsi Pokhara Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə “The Kathmandu Post” yazıb.
Nəşr bildirib ki, hazırda xilasetmə işləri aparılır, qəzanın səbəbləri aydınlaşdırılır.
Hava limanı müvəqqəti bağlanıb. Ölənlərin sayı dəqiq məlum deyil.
Murad
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































