Digər
24 ssenari: Bu ölkələr Çinlə döyüşəcək, böyük itkilər olacaq
“Çin Kommunist Partiyasının ötən ilin oktyabr ayındakı qurultayında bu ölkənin lideri Si Cinpin Tayvan probleminin həllini bu şəkildə göstərmişdi: “Tayvan məsələsini danışıqlar yolu ilə həll etməyə çalışacağıq, bu alınmadıqda güc yolundan istifadəni də istisna etmirəm”. Qərb ölkələri Si Cinpinin bu açıqlamasını müharibə xəbərdarlığı kimi anladılar”.
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, Si Cinpinin açıqlamasına baxmayaraq, Pekində müharibə tərəfdarları çox deyil:
“Çinin Tayvan məsələsi üzrə rəsmisi Ma Syaoqan bildirib ki, adanın nümayəndələri ilə təmasları genişləndirməyə hazırdırlar. Bu açıqlama Vaşinqtonda müsbət qarşılanıb. Təsadüfi deyil ki, ABŞ-ın Tayvan adası ətrafındakı hərbi dəniz qüvvələrinin fəallığı nisbətən azalıb. Bu arada, ABŞ dövlət katibi Entoni Blinken Pekinə səfərə hazırlaşır. Tayvanda keçirilən seçkilərdə müxalifətdə olan Qomindan Partiyası qələbə qazanıb. Qələbə qazanan partiya isə Pekinlə praqmatik danışıqların tərəfdarıdır. Tayvan adasının keçmiş hakimiyyəti Pekinlə dialoqun əleyhinə idi. Vəziyyəti mürəkkəbləşdirən ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri oldu. Bu səfər Pekinin hərbi ritorikasını sərtləşdirdi. Pelosinin Ermənistana səfəri heç bir nəticə vermədiyi kimi, onun Tayvana səfəri də bölgədəki gərginliyin azalmasına xidmət etmədi. Tayvanda hakimiyyət dəyişdiyi kimi Nensi Pelosi də bu gün Nümayəndələr Palatasının sədri deyil”.
.jpg)
Politoloq bildirib ki, müharibə nə Çinin, nə Tayvanın, nə ABŞ-ın, nə də bölgə ölkələrinin maraqlarına cavab verir:
“Buna baxmayaraq, Çin bölgədə hərbi gücünü artırmaq siyasətindən imtina etməyib. Pekin Tayvanı Çinə birləşdirmək çalışmalarını genişləndirəcək. Vaşinqton danışıqların tərəfdarı olsa da, Çinin bölgədə hərbi gücünün artırmasına seyrçi qalmayacaq. Vaşinqton bölgədəki müttəfiqləriylə birgə Çinin artan gücünün qarşısını almağa çalışacaq.
“Bloomberg” agentliyinin məlumatına görə, bu il ABŞ-ın Tayvan adası ətrafında müttəfiqləriylə birgə bir neçə hərbi təlimi nəzərdə tutulub. Tayvan ətrafında vəziyyətin inkişafına dair 24 ssenari mövcuddur. Bu ssenarilərin bir hissəsində ABŞ və bölgədəki müttəfiqlərinin Çinlə hərbi qarşıdurması yazılıb. Hərbi ssenarilər tərəflərin böyük itkisinə səbəb olacaq. Mümkün müharibənin Tayvan iqtisadiyyatına dağıdıcı zərbəsi olacaq. Entoni Blinken elə ona görə Pekinə səfərə hazırlaşır ki, ssenarilərin ən pis variantı reallaşmasın. Seçim Pekinindir”.
Akqabay
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































