Digər
Çimərlikdə qeyri-adi skelet tapıldı: Yadplanetli, yoxsa... - FOTO
İngiltərənin Hempşir qraflığının sakini Culi Barker iti ilə gəzərkən naməlum məxluqun qalıqlarını tapıb.
Publika.az xəbər verir ki, bu barədə “Hampshire Live” məlumat yayıb.
Barker bildirib ki, it Gosport çimərliyində gəzərkən qeyri-adi skelet aşkar edib: “İt diqqətimi tapıntıya çəkdi və mən onun hansı məxluq olduğunu düşünməyə başladım. Fikirləşdim ki, vatoz və ya dəniz atı ola bilər. Bədən sümükdən çox, qığırdaq kimi görünürdü. Skeletdə qalan dəri çox qırışmış və qurumuşdu”.
Barker skeletin fotosunu sosial şəbəkədə paylaşıb. İstifadəçilər qadının hansı məxluq tapdığını təxmin etməyə çalışıb, bəziləri isə onu yadplanetli ilə müqayisə ediblər.
Hempşir Vəhşi Təbiət Fondunun dəniz bioloqu Tim Ferreronun sözlərinə görə, skelet həqiqətən də vatoz və ya dəniz atının qalıqlarına bənzəyir. O qeyd edib ki, məxluqun üzgəcləri dişlənib və ya kəsilib.

-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































