Digər
Bu türk ölkəsi Avropa İttifaqına qoşulmaq istəyir
Qazaxıstanın “Ak Jol” (İşıqlı Yol) Demokrat Partiyasının lideri Azat Peruaşev Qazaxıstanın Avropa İttifaqına daxil olması məsələsinin gündəmə gətirilməsinə ehtiyac olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Asia Plus” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, partiyanın son qurultayında respublikada Avropa inkişaf yolunu, dövlət-cəmiyyət münasibətlərində Avropa yanaşmalarını, həyat keyfiyyətini tətbiq etmək lazımdır.

“Bizim seçimimiz - “Ak Jol” Demokrat Partiyasının seçimi Avropanın inkişaf yoludur”, - o qeyd edib.
Eyni zamanda, Peruaşev gələcəyi “Qərb dövlətlərinin ən yaxşı nailiyyətlərinə qoşulmaqda” gördüyünü vurğulayıb.
“Bundan başqa, “Ak Jol” partiyası uzunmüddətli perspektiv kimi təkcə Avropa yanaşmalarının tətbiqini deyil, həm də gələcəkdə nə vaxtsa Qazaxıstanın Avropa İttifaqına daxil olması məsələsini gündəmə gətirməyi düşünür”, - Peruaşev əlavə edib.
“Ak Jol” Demokratik Partiyası Qazaxıstanda özünü konstruktiv müxalifət kimi göstərən sağçı siyasi partiyadır. Parlamentdə öz fraksiyası var. Respublika Mərkəzi Seçki Komissiyasının məlumatına görə, onun sayı 175 min 862 nəfərdir. Partiya lideri Azat Peruaşev qeyri-adi və bəzən emosional açıqlamaları ilə tanınır.
Akqabay
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı


































