Digər
Pərviz Müşərrəf vəfat etdi
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf 79 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Pakistan ordusundan CNN-ə verilən açıqlamaya görə, ölkənin keçmiş prezidenti general Pərviz Müşərrəf Dubayda, Dubay Amerika Xəstəxanasında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Nəşrə göndərilən bəyanatda yüksək rütbəli hərbi rəsmilər general Pərviz Müşərrəfin kədərli vəfatı ilə bağlı başsağlığı veriblər.
Pərviz Müşərrəf 1943-ci il avqust ayının 11-də Britaniya Hindistanının Dehli şəhərində dünyaya gəlib. 1999-cu ildə Müşərrəf ölkədə çevriliş edərək hakimiyyəti ələ keçirib. 2001-ci ilin iyun ayının 20-dən etibarən Pakistan prezidenti kreslosuna yiyələnən Pərviz Müşərrəf bir müddət Pakistanın Türkiyədəki səfirliyində də çalışmışdı. 2002-ci ilin aprelində ölkədə keçirilən referendumun nəticələri Müşərrəfə daha 5 il müddətinə iqtidarda qalma hüququ verib. Seçilmiş bir məclisi buraxma səlahiyyəti əldə edən Müşərrəf 2002-ci ilin oktyabr ayında ümumi seçkilər keçirməklə hərbi rəhbərliyi sivil idarəçiliklə əvəzləyəcəyini elan edib. Seçkilərdə Müşərrəfə yaxın olan Mir Zəfərullah Cəmali qələbə qazanıb və ölkənin baş naziri olub. P.Müşərrəf 2008-ci ildə prezident vəzifəsindən istefa verib.
Murad
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO










.jpg)




















.jpg)



