Digər
Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR: xəsarət alanlar var...
Pakistanın Kvetta şəhərində partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə “Doon News” polisə istinadən məlumat yayıb.
Bildirilib ki, insident Kvetta polisinin qərargahı yaxınlığındakı keçid məntəqələrinin birində baş verib. Partlayış nəticəsində 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Hələlik bölgədə fəaliyyət göstərən heç bir ekstremist qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Son 6 ayda Pakistan hökumətinin ölkənin mərkəzləşdirilməsini gücləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə qarşı çıxan millətçi və separatçı qrupların fəallaşması səbəbindən Bəlucistanda vəziyyət gərginləşib.
Yanvarın 30-da Pakistanda məsciddə partlayış baş verib. Belə ki, kamikadze partlayıcı qurğunu məsciddə günorta namazı zamanı işə salıb. Nəticədə 101 nəfərin ölüb, təxminən 200 nəfər yaralanıb. Ölənlərin böyük əksəriyyəti polis əməkdaşlarıdır. Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” üzərinə götürüb.
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı


































