Digər
Alimdən ŞOK TƏKLİF: Qocalar könüllü ölməlidir...
Yel Universitetinin dosenti Yusuke Narita əhalinin qocalması ilə mübarizənin dəhşətli və eyni zamanda sadə üsulunu təklif edib.
Publika.az-ın “The New York Times”a istinadla məlumatına görə, alim hesab edir ki, yaşlı insanlar gənclərə mane olmamaq üçün könüllü ölməlidirlər.
Əvvəllər qadağan edilmiş bir mövzuya toxunan alim vətəni Yaponiyada çox populyar bir insana çevrilib. Narita millətin sürətli qocalmasının öhdəsindən necə gələcəyini bildiyini söyləyib. “Məncə, həll yolu olduqca sadədir. Bu isə yaşlıların kütləvi intiharıdır”, - deyə Narita bildirib.
Daha sonra o, bu ifadənin kontekstdən çıxarıldığını və tamamilə başqa bir şeyi nəzərdə tutduğunu sübut etməyə çalışıb, lakin bu, qalmaqalı səngitməyib. Çünki Yaponiya üçün əhalinin qocalması problemi son dərəcə kəskindir.
Əvvəla, bu ölkədə doğum səviyyəsi aşağıdır. Bundan əlavə, iqtisadiyyatın inkişafına baxmayaraq, yüksək dövlət borcu şəraitində daim artan pensiya öhdəlikləri ölkənin istənilən hökuməti üçün çoxdan başağrısı olub.
Həmçinin Yaponiya dünyada demensiyadan əziyyət çəkən, yəni daimi qayğıya ehtiyacı olan yaşlı insanların bəlkə də ən yüksək faizinə malikdir. Çoxlu sayda tənha qocalar da var. Yaponiyada gənclərin narazılığı yetişir, bu ölkədə hər şeyin yaşlılar tərəfindən idarə edildiyini iddia edirlər. İndiyə qədər işlər professorun ideyalarının həqiqətən də ümummilli müzakirəsindən o yana getməyib, lakin çoxları yevgenika (insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyə) və ya məcburi evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi) haqqında qanunun qəbul ediləcəyi günün uzaqda olmadığından şübhələnirlər.
Murad
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı


































