Digər
Blinkenin Mərkəzi Asiya səfərinin detalları: ABŞ nəyə ümid edir?
“ABŞ dövlət katibi Entoni Blinken Ukraynadakı müharibə ilə bağlı gərginliyin artması fonunda Mərkəzi Asiyanın aparıcı diplomatları ilə bir sıra görüşlər keçirmək üçün çərşənbə axşamı Qazaxıstana səfər edib”.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” yazıb.
Blinken Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi, daha sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparıb. Bundan sonra ABŞ və keçmiş sovet respublikaları - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan ibarət C5+1 qrupunun görüşü gözlənilir.
ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, görüşdə Blinken “ABŞ-ın Mərkəzi Asiya ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiqliyini” vurğulayacaq.
Blinkenin Astana və Daşkənd səfəri onun dövlət katibi kimi Orta Asiyaya ilk səfəridir.
“ABŞ rəsmiləri ümid edirlər ki, Blinken Mərkəzi Asiyalıları Rusiyanın Ukraynaya müdaxiləsinin onlar üçün təhlükə yaratdığına inandıra bilər.
Onilliklər ərzində ABŞ regionun keçmiş sovet ölkələrini Moskvanın təsirindən uzaqlaşdırmaq üçün uğursuz cəhdlər edib. Onlardan bəziləri, xüsusilə Özbəkistan və Tacikistan Əfqanıstanda 20 ildir davam edən münaqişə zamanı ABŞ-a maddi-texniki yardım göstərib”, - agentlik qeyd edir.
Akqabay
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































