Digər
Diplomat Fransanın müstəmləkəçi mövqeyini qınadı
Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakın yaratdığı fürsətdən istifadə edərək Fransanın müstəmləkəçi mövqeyini qınadığımı bəyan edirəm. COVID-19 pandemiyasına baxmayaraq, 2021-ci ilin dekabrında Yeni Kaledoniya Fransanın təzyiqi ilə adada üçüncü referendumun keçirilməsinə məcbur oldu. Müstəmləkəsizləşdirmə komitəsinin fəaliyyətinin bir hissəsi olaraq biz burada yaşayan əhalinin tam suverenliyini bərpa etməsi üçün dialoqa şərait yaratmalıyıq.
Publika.az xəbər verir ki, bu fikirləri Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünün bağlanış mərasimində Yeni Kaledoniyanın müstəqillik uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi müstəqil hərəkatının nümayəndəsi Forrest Mikael Jozept bildirib.
O bildirib: “Biz həll yolları tapmaq və əhalimizin öz suverenliyini tam bərpa etmələri üçün dialoqun davamlı olmasını təmin etməliyik.
Bildiyiniz kimi, Sakit Okean regionu həm də dünyanın böyük dövlətləri üçün geostrateji bölgədir. Ölkəmizin vəziyyəti haqqında dünya ölkələrini məlumatlandırmağa davam etmək baxımından Qoşulmama Hərəkatı bizim üçün vacib platformadır. Ümid edirik ki, gün gələcək və Yeni Kaledoniya yenidən öz suverenliyinə və müstəqilliyinə qovuşacaq”.
Forrest Mikael Jozept, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyini yüksək qiymətləndirdiklərini qeyd edib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































