Digər
Cənubi Koreya bir gündə cavanlaşdı
Cənubi Koreyada ənənəvi yaş hesablama üsulu əvəzinə yaşı doğum tarixinə görə hesablayan qanun dünəndən qüvvəyə minib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yeni tənzimləmə ilə ölkədə vətəndaşlar bir-iki il cavanlaşıb.
Dünyada ümumi praktikada bir qayda olaraq körpələrin ana bətnində keçirdikləri vaxt hesablanmır və yaşları dünyaya göz açdıqları gündən etibarən hesaba alınmağa başlayırlar. Cənubi Koreyada isə bu zamana qədər tətbiq edilən sistemdə hər kəsin doğulduğu zaman bir yaşında olduğu və yanvarın ilk günündə bir yaş böyüdüyü güman edilirdi. Odur ki, dekabrın 31-də doğulan körpənin ertəsi gün iki yaşı tmam olurdu. Bu, ölkədə iki kateqoriyanın, “Koreya yaşı” və “beynəlxalq yaş”ın yaranmasına gətirib çıxarırdı. Yeni qanunla artıq ölkədə yaşın beynəlxalq hesablanması üsulu tətbiq olunacaq və bu, bir çox insanın bir-iki il cavanlaşmasına səbəb olacaq.
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO



































