Digər
Rizədəki qohumları Ərdoğan haqda danışdılar: Deyir ki, çay dəmləyin, gəlirəm
Türkiyə Prezidenti Ərdoğanın əldə etdiyi nailiyyətlərdən qürur duyduqlarını deyən yaxınları, "22 ildir ki, özünü vətəninə, millətinə həsr edib. Onun humanitar yönləri uşaqlıq illərində olduğu kimidir. Təvazökar və yardımsevərdir. Bizi heç unutmayıb”,- deyə bildiriblər.
Publika.az xəbər verir ki, “Sabah” qəzeti Ərdoğanın ata yurdunda - Rizənin Güneysu kəndində çəkiliş həyata keçirib.
“Gələndə ilk işi atamın və atasının məzarını ziyarət etmək olur. Deyir ki, çay dəmləyin, gəlirəm. O, mütləq bizim evə gəlir. Söhbət edirik. Evimiz sevinir o gələndə. Yorulmaq və ya tətil etmək nədir bilməz. O, özünü ölkəsinə, millətinə həsr etmiş bir şəxsiyyətdir. Son yüz ilin dünya lideridir.
O, ölkəmizin başına keçməsəydi, hazırda Suriyadan da pis vəziyyətdə olardıq. Niyə 22 ildir ölkəmizin başındadır? Çünki bütün qəlbi ilə mübarizə aparır. Allah ona kömək olsun. O, müsəlman dünyasının və türk xalqının duaları ilə ayaqda qalır və xidmət edir. Ona görə də Tayyib Ərdoğan üçün dua edirik. Ona canımızla can verək ki, ömrü uzun olsun, vətənə xidmət etməyə davam etsin. O, müsəlman dünyasının lideridir.”- deyə Türkiyə Prezidentinin mərhum qardaşı Həsən Ərdoğanın oğlu İsmət Ərdoğan deyir.

Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Ramazan Mutlunun sözlərinə görə, Prezident ölkəni idarə etmək üçün yola çıxarkən bütün ailəsindən halallıq alıb: “O, özünü ölkəsinə, millətinə həsr edib. O gələndə görüşüb söhbət edirik. İbtidai məktəbi burada oxudum, orta məktəb üçün İstanbula gedəndə onlarda qaldım. Tayyib Ərdoğan o vaxt necə idisə, bu gün də elədir. Heç dəyişməyib. Təvazökar və yardımsevər. O, yaxşılıq etməyi sevir. Həmişə deyir ki, mən Güneysunun oğluyam. “Övladlarım, nəvələrim buranı tərk etməsin” deyərək evini burada tikdirib. Onun uşaqları, nəvələri də gəlir. 22 ildə ölkəni çox dəyişdi, dünya lideri oldu, amma özü heç dəyişmədi.”

Daha sonra “Sabah”a danışan Prezidentin yaxını Sevim Ərdoğan bildirib ki, Türkiyə rəhbəri qohumlarını heç vaxt unutmur: “Biz prezidentimizdən, qohumumuzdan, qardaşımız Tayyib Ərdoğandan çox razıyıq. Qohumlarını da unutmur. Çox yaxşı insandır. O, bura gələndə oturub söhbət edirik, çay içirik. Allah onu başımızdan əksik etməsin. Ona sağlamlıq və xoşbəxtlik bəxş etsin.”

Güneysu Bələdiyyə Başçısı Rıfat Özerin sözlərinə görə Ərdoğanın ölkəyə xidmətlərinin sayı-hesabı yoxdur: “Prezidentimizin ölkəmiz qarşısındakı xidmətləri saysız-hesabsızdır. Ata ocağı Güneysu da onun sayəsində çox dəyişib, gözəlləşib.”
Nəzrin
-
Elm və təhsil22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
-
Rəsmi xronika17:22Buraxılış imtahanının nəticələri elan olundu
-
Dünya17:02İran Hörmüz boğazını açdı - Əraqçi elan etdi
-
Hadisə15:42NASA alimləri və generallar bir-bir yoxa çıxır - Nə baş verir?























.webp)














