Digər
Bu qidalar olan evə ilan girər
Mersin Baytarlar Palatası Başçısı Bektaş Şenay havaların isinməsi ilə artıq ilanların görünməyə başladığını deyib.
Publika.az xəbər verir ki, evlərdə açıq qalan qidaların qoxusunun ilanların içəri girməsinə səbəb olduğunu deyən B.Şenay vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edib. Yaşayış yerləri daraldığı üçün yemək tapmaqda çətinlik çəkən ilanlar evlərdə də görünməyə başlayıb.

“Evlərin ətrafına kükürd tökün”
Bektaş Şenay vətəndaşların ilanla qarşılaşacağı təqdirdə təlaşa düşməmələrini və sakit olmalarını istəyib:
"Dünyada olduğu kimi bölgəmizdə də bir çox ilan növü var. Qara, boz və kor ilan dediyimiz növlər var. onlardan ən zəhərlisi gürzədir. Boz rəngli, qalın və qısa boyludur. Çox yaxınlaşmayın, toxunmayın, təhrik etməyin, çünki ilanlar insanlardan qorxub qaçır. Əgər onu təhrik etsəniz, müdafiə məqsədilə hücum etməli olacaq. Kənd yerlərində isə evlərin ətrafını mümkün qədər təmiz saxlamalıdırlar. Orada kolu, otları, yarpaqları təmizləmək lazımdır. İlanlar özlərini ifşa etməmək üçün belə yerlərdə gəzməyi xoşlayırlar. Onlar qapalı və gizli yerlərə getməyə üstünlük verirlər. Heyvanları cəzb edəcək qidaları evlərin qarşısında saxlamamaq lazımdır. Biz bilirik ki, ilanlar kükürddən qaçır, evin ətrafına kükürd tökə bilirlər.”

“Şəhərə yaxın yerdə evlərə girə bilirlər”
Onun sözlərinə görə, ilanların yemək tapmaq üçün evlərə girirlər:
“Heyvanlar ac olanda yemlənmək üçün bir yerə getməlidirlər. İlanlar şəhər mühitinə yaxın yaşadıqları halda evlərə də girə bilirlər. Pendir və süd kimi qoxular onları daha çox çəkir."

Nəzrin
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
















.jpg)


.jpg)














.jpg)

