Digər
Musiqisi ilə şeytanları qovan saksafonçu əcələ təslim oldu
Avropanın ən nüfuzlu caz musiqiçilərindən biri, saksofon ifaçısı Piter Brötsmann 82 yaşında vəfat edib. ABŞ-ın keçmiş prezidenti Bill Klinton onu "yaşayan ən böyük musiqiçilərdən biri" adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə Eremite Records-un icraçı direktoru Maykl Elers məlumat yayıb. Musiqiçinin əsərləri Almaniya tarixində bir növ "şeytanları qovmaq" üçün fəryad kimi qiymətləndirilib. Sənətçinin ölüm səbəbi açıqlanmayıb.
Musiqiçi öz tərzini xüsusilə 2-ci Dünya Müharibəsi dövründə insanlığa qarşı işlənən cinayətlərlə əlaqədar iblisləri qovmağın bir yolu olaraq ifadə edirdi.
Piter Brötsmann “The Wire”a verdiyi açıqlamada bu ifadələri işlətmişdi: “Gənclər başa düşmürlər ancaq Almaniyada başımıza gələnlər bizim nəslin travması idi. Orada böyük bir utanc və qorxunc bir travma var. Bəlkə də elə ona görə bu tip musiqiləri alman üslubu ilə ifa etmək Avropanın digər bölgələrindəki musiqilərdən fərqli gəlir. Çünki bu daha çox bir qışqırıqdır, daha çox vəhşi, daha aqressivdir.”
O, ilk əsərlərinin bir çoxunda ingilis saksofon ifaçısı Evan Parker ilə işləyib.
Parker onun haqqında danışarkən bu sözləri demişdi:
"Bir saksafondan bundan daha artığını əldə etməyin mümkün olduğunu düşünmürəm. O, bəzən saksafona çox sərt üfürdüyü üçün burnu qanayardı. Sənətinə hər şeyini qurban verdi.”
Nəzrin
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































