Digər
Dünya qovrulur, alimlər xəbərdarlıq edirlər: bir ildən sonra fəlakət olacaq
Dünyanın bir çox yerlərində havanın temperaturu rekord həddə yüksəlib.
Publika.az xəbər verir ki, Çin və İngiltərədə tarixin ən isti günləri yaşanarkən, Meksikada 40 dərəcəni keçən temperatur səbəbindən həyatını itirənlərin sayı 112-yə çatıb. Ölkədə dünyasını dəyişənlərin yaş həddinin 45-64 arasında olduğu bildirilib.

Qlobal istiləşmənin təsiri hər gün daha çox hiss olunur. Bir çox ölkə həddindən artıq istilərə görə həyəcan təbili çalarkən, əlverişsiz hava şəraiti səbəbindən yüzlərlə insan həyatını itirir. ABŞ-da 35 milyondan çox insanın yaşadığı bəzi ərazilərdə təhlükəli isti və rütubətli hava ilə bağlı həyəcan siqnalı verilib. Temperaturun 48 dərəcəyə qədər qalxacağı bildirilir. İranda Sistan-Bəlucistan əyalətinin Zehek və Hirmand şəhərləri 50 dərəcə isti ilə ölkənin ən isti bölgələri olub. İngiltərədə bu ilin iyun ayı 140 ilin ən isti ayı kimi qeydə alınıb. İyun ayında termometrlərdə əks olunan orta temperaturda tarixi rekordun qırıldığı qeydə alınıb.

Ekspertlər bu vəziyyətin arxasında iqlim dəyişikliyinin dayandığını bildirirlər. Çin də 1961-ci ildən bəri özünün ən isti günlərini yaşayır. Təxminən 200 milyon insan isti havadan təsirlənsə də, ölkənin cənub-qərbində son 50 ilin ən böyük sel fəlakəti meydana gəlib. Mütəxəssislərin fikrincə, istilər davam edəcək. Planeti isindirən “El Nino” kimi tanınan hava hadisəsi Sakit Okeanda başlayıb. ABŞ alimləri "El Nino" səbəbiylə gələn il temperaturun rekord həddə qalxacağını gözləyir.
Nəzrin
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi




























.webp)
.jpg)









