Sinan Oğan Kılıçdaroğlu ilə görüşünün detallarını açıqladı: Ondan soruşdum ki...
Bizi izləyin

Digər

Sinan Oğan Kılıçdaroğlu ilə görüşünün detallarını açıqladı: Ondan soruşdum ki...

Sinan Oğan Kılıçdaroğlu ilə görüşünün detallarını açıqladı: Ondan soruşdum ki...

TÜRKSAM sədri Sinan Oğan Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turundan əvvəl CHP lideri Kılıçdaroğlu ilə görüşünün detallarını açıqlayınb.

Publika.az xəbər verir ki, Sinan Oğan 'Gerçek Fikri Ne? Gündem” verilişinin qonağı olub.

O Prezident seçkilərinin ilk turundan sonra baş verənləri və prezident Rəcəb Tayyib Ərdoğanı niyə dəstəklədiyini açıqlayıb.

"Dediyimiz hər şeyi etdik. İkinci turun nəticəsini təyin etdik, "HDP-ni həlledici olmaqdan çıxaracağıq" dedik, "Bitərəf qalacağıq" demədik",- deyə Sinan Oğan bildirib:

"Oturduq, düşündük, müzakirə etdik. Dostlarımızla, bazamızla məsləhətləşdik. Biz gələcək üçün də siyasət etmək istəyirik. Millət Alyansından gələcəyə siyasi sərmayələr edə bilmərəm. Mənə nə CHP bazası, nə də HDP bazası səs verir. Sağçı siyasət Xalq Alyansındadır”.

Məhdud imkanlarla ən uğurlu nöqtəyə çatdıqlarını ifadə edən Oğan, "Məndən daha çox razılaşan bir namizəd olsaydı, geri çəkilərdim. Türkiyə siyasətindəki millətçilərin travma almasını, arxa planda qalmasını heç vaxt düzgün görmədim",- deyib.

“Mən də Türkiyə siyasətini daha çox millətçi partiyalara bölməyi düzgün görmədim. Bir nöqtədə olmasını istədim",- o bildirib.

O bildirib ki, prezidentliyə namizəd olmasaydım, siyasətdə gələcəkyönümlü çalışmalarımı davam etdirərdim:

"Mən namizəd olmasaydım, seçkilərin nəticəsi də dəyişərd. Seçki birinci turda prezident Ərdoğanın leyhinə bitərdi. Seçkini ikinci tura biz buraxdıq. Taleyin ironiyasına baxın ki, məni daha çox CHP-lilər linç edir. Əgər mən də Muhərrəm İncə kimi onların linçlərindən qorxub, geri çəkilsəydim, seçim zatən birinci turda bitəcəkdi. Bu linjşləri edənlər siyasətdən heç nə anlamırlar? Elə təhdidlər və hücumlar gördüm ki, bəzi şeyləri burada demək istəmirəm."

Seçimlərin ilk turundan sonra yaşananlardan danışan Sinan Oğan bu sözləri deyib:

“Cənab Ərdoğanla görüşməzdən əvvəl biz Kılıçdaroğlu ilə görüşdük. Mansur Yavaş və Kılıçdaroğlu ilə nahar etdim. Həmin vaxt soruşdum ki, parlamentdə çoxluq sizdə yoxdur, bu ölkə böhrana girəcək, bundan necə çıxacaqsınız? Hörmətli Kılıçdaroğlu məni inandıracaq bir cavab verə bilmədi. Parlament çoxluğu əldə etsəydi, Millət Alyansı HDP-dən müstəqil bir struktur yarada bilərdi. Siz parlament çoxluğunu əldə etməmisiniz. Təkcə bu fakt, cənab Kılıçdaroğlunun və bütün Millət Alyansının liderlərinin istefası üçün kifayət qədər tutarlı səbəbdir. Əgər səs çoxluğu əldə edə bilmirsinizsə, papağınızı qarşınıza qoyun və mümkün qədər tez o yerləri başqalarına buraxın. Parlamentə gəlməmək səriştəsizlikdir”.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm