Digər
Ərdoğan təşəkkür ziyarətinə çıxır: Öncə bu şəhərə gedəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra təşəkkür ziyarətlərinə başlayır.
Publika.az xəbətr verir ki, Ərdoğan ilk səfərini şənbə günü 14 və 28 may seçkilərində rekord səs topladığı Bayburt və Gümüşhaneyə edəcək.
Türkiyə Prezidentinin ilk gedəcəyi Bayburtda son illərdə tamamlanaraq istifadəyə verilmiş bir çox ictimai binanın da açılışını edəcəyi gözlənilir. Eyni gün Bayburtdan sonra Gümüşhaneyə gedəcək Ərdoğanın burada mitinq keçirəcəyi gözlənilir.

Ərdoğan, bir müddət əvvəl Ədalət və İnkişaf Partiyası Bayburt rayon başçılığının şənlik proqramına telefonla qatılaraq seçkidən sonra ilk səfərini Bayburta edəcəyini açıqlamışdı. Ərdoğan çıxışlarının birində "Hazırda Bayburt son seçkilərdə partiyamızın 1 nömrəli vilayətidir. Təbii ki, bu, bizim üçün qürur mənbəyidir. İnşallah ən qısa zamanda Bayburta təşəkkür ziyarəti edəcəyəm. İlk səfərim Bayburta olacaq . Çünki Bayburt buna layiq idi və bu, bizi həqiqətən çox sevindirdi”,- deyə bildirmişdi.

Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda prezident Ərdoğanın rekord səs topladığı vilayətlər arasında Bayburt 78,86 faiz səslə birinci olub. Mayın 28-də keçirilən ikinci tur seçkilərində Bayburtda səs nisbətini 82,45 faizə yüksəldən Ərdoğan bununla da yeni bir rekorda imza atmışdı. Bayburtdan sonra Ərdoğanın Türkiyədə ən çox səs topladığı ikinci şəhər 74,42 faiz səslə Gümüşhane oldu. Mayın 28-də keçirilən seçkilərin ikinci turunda Ərdoğan bu vilayətdə səs nisbətini 78,54 faizə yüksəldib.
Nəzrin
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































