Digər
Prokuror Faruk Fatihə 41 min 462 il iş istədi
“Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özerin mühakimə olunduğu dələduzluq işində prokurorluq müttəhimin 12 min 142 ildən 40 min 462 ilə qədər həbs edilməsini istəyib.
Publika.az xəbər verir ki, Albaniya Ədliyyə Nazirliyi tərəfindən ekstradisiya edildikdən sonra Türkiyədə həbs edilən kripto pul birjası “Thodex”-in qurucusu Faruk Fatih Özer də daxil olmaqla, 7-si həbs olunan 21 müttəhimin dələduzluq ittihamı ilə mühakimə olunduğu işdə, dövlət ittihamçısı mahiyyəti üzrə rəyini açıqlayıb.
Anadolu 9-cu Ağır Cəza Məhkəməsində baş tutan məhkəmə iclasında aralarında Faruk Fatih Özerin də olduğu 5 məhbus şübhəli, bəzi şikayətçilər və tərəflərin vəkilləri iştirak edib. Anadolu Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə kripto pulun nə olduğu, Bitcoinin hüquqi statusu, kripto birjalarda necə ticarət edildiyi və birjalar arasındakı fərqlər açıqlanıb.
“Thodex” adlı şirkətin 400 min lirə sərmayə ilə Faruk Fatih Özer tərəfindən qurulduğu bildirilən iddianamədə MASAK hesabatına görə, "Thodex" platformasının müştərilərini iş və əməliyyatlarına görə saxtakar davranışlarla aldatdığı qeyd edilib.
" Thodex"in qurucusu Faruk Fatih Özer avqustun 30-da Albaniyada tutulub.
Albaniyada Durraç Apellyasiya Məhkəməsinin ekstradisiya qərarından sonra o, aprelin 20-də Türkiyəyə gətirilib.
Nəzrin
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO










.jpg)




















.jpg)



