Digər
İngiltərənin “üzən həbsxana” planına etiraz edilir: Qeyri-insani hərəkətdir - FOTO
Britaniya hökumətinin qeyri-qanuni mühacirlər üçün planlaşdırdığı 'üzən həbsxana' ideyası mənfi reaksiyalarla qarşılanmışdı.
Publika.az xəbər verir ki, gəminin içindən çəkilən görüntülər immiqrantlar üçün ayrılmış hissələrin nə qədər kiçik olduğunu ortaya çıxarmış və immiqrant hüquqları müdafiəçiləri plana böyük təpki göstərmişdilər.

"Bibby Stockholm" gəmisinə yerləşdiriləcək ilk 50 nəfərlik qaçqın qrupun bu həftə gəminin yerləşdiyi Portland adasına gətiriləcəyi gözlənilir. Önümüzdəki həftələrdə isə plana uyğun olaraq 500 immiqrantın hamısının gəmiyə yerləşdiriləcəyi təxmin edilir.

Gəmi yerli əhali və insan haqları qrupları tərəfindən etirazla qarşılanıb. Hökumət bəyan etmişdi ki, gəmidə yerləşdiriləcək şəxslər yalnız Böyük Britaniyaya qanunsuz daxil olmuş 18-65 yaş arası yetkin kişilərdən ibarət olacaq. Britaniya hökuməti açıqlamasında bildirib ki, hazırda ölkə üzrə otellərdə təxminən 51 min sığınacaq axtaran şəxs var və bu, vergi ödəyicilərinə gündə təxminən 6 milyon funt-sterlinqə başa gəlir.

Ölkədəki immiqrantları dəstəkləyən QHT-lər və insan haqları təşkilatları qaçqınların gəmilərə yerləşdirilməsinin “qeyri-insani” hərəkət olduğunu iddia edir.
Nəzrin
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































