Digər
Bu ayaqqabı fantastik qiymətə satışa çıxarıldı - Dəyərli edən nədir?
"Apple" loqosu olan bir cüt ayaqqabı "Sotheby's" hərrac evi tərəfindən 50 min dollardan başlayan qiymətə hərraca çıxarılıb.
Publika.az xəbər verir ki, 1990-cı illərdə şirkətin bəzi işçiləri üçün hazırladığı və bir konfransda payladığı bu ayaqqabılar indiyə qədər satışda olmayıb. Ağ ayaqqabıların üzərində göy qurşağı rənglərində "Apple"-ın köhnə loqosu yer alır.
"Sotheby's" bu ayaqqabını "indiyə qədər görülən ən nadir məhsullardan biri" adlandırıb. Hərrac elanında "Omega" şirkətinin istehsal etdiyi 41 ölçülü dəri ayaqqabının qutusunda olduğunu və heç istifadə olunmadığı, ancaq dabanında bir qədər saralma olduğu bildirilib.
"Apple"-ın keçmişdə istehsal etdiyi və ya payladığı bu xatirə əşyalar illər ərzində böyük dəyər qazanıb. Pərəstişkarları şirkətin ən son texnologiyaları ilə olduğu kimi, keçmiş məhsulları ilə də maraqlanırlar. Bu yaxınlarda ilk açılmamış iphone seriyalarından biri də 190.000 dollardan çox qiymətə satıldı. "Apple"-ın ABŞ-ın Kaliforniya ştatındakı baş ofisində işçiləri üçün istehsal edilən "Apple Park" gödəkçələri də mövcuddur.
Nəzrin
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO

























.jpg)














