Digər
"Twitter"in yeni loqosu qonşuları hövsələdən çıxardı
İlon Maskın sosial şəbəkəsinin yeni loqosu San-Fransisko binasının yerləşdiyi məhəllədə parlaqlığına görə şikayətlərə səbəb olub və bina müfəttişlərini hərəkətə keçməyə sövq edib.
Publika.az xəbər verir ki, İlon Mask bu yaxınlarda "Twitter" sosial media platformasının loqosunu X olaraq dəyişdikdən sonra San-Fransiskodakı Market Street qərargahının damında nəhəng X loqosu qurub. Lakin bələdiyyə rəsmiləri və bəzi sakinlər bu görüntüdən razı deyil.
Həftə sonu insanlar nəhəng X-in parıldayan, titrəyən və yanıb-sönən videosunu çəkərək sosial şəbəkələrdə şikayətlərini paylaşıblar. Ərazi sakinlərinin bələdiyyə orqanlarına şikayət etdiyi açıqlanıb. San-Fransiskonun tikinti müfəttişləri bunun qaydalara zidd ola biləcəyini söyləyiblər.
Hesabatda şirkət nümayəndələrinin loqonu araşdırmaq istəyən səlahiyyətlilərin iki dəfə dama qalxmasına maneə törətdiyi qeyd olunub. Məlumata görə, bir "Twitter" nümayəndəsi loqodan müvəqqəti istifadə edildiyini bildirilib.
Nəzrin
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































