Digər
Yanlış əmr göndərildi: NASA "Voyager 2"-ni itirdi
Təxminən bir həftə əvvəl uçuş nəzarətçiləri "Voyager 2" kosmik gəmisinə antennasını Yerdən uzaqlaşdıran yanlış əmr göndəriblər.
Publika.az xəbər verir ki, elə o vaxtdan bəri kosmik gəmiylə əlaqəsi kəsilib. NASA bu vəziyyətin kosmik gəminin əlaqə qabiliyyətini pozduğunu və Yer kürəsindəki missiya komandasından əmr ala bilmədiyini açıqlayıb. Kosmik gəminin antennası cəmi 2 faiz yer dəyişib, lakin bu, əlaqəni kəsmək üçün kifayət edib.
Uzaq bir ehtimal hesab edilsə də, NASA bazar ertəsi Kanberradakı nəhəng peyk antennasının 19 milyard kilometr uzaqlıqdakı "Voyager 2"-dən bir siqnal axtardığını söyləyib. Hazırda Kanberra şəhərindəki nəhəng peyk antenası "Voyager 2"-dən gələn bir siqnalı tutmağa çalışır. Siqnalın bu qədər uzaq məsafədən Yerə çatması üçün isə 18 saatdan çox vaxt lazımdır.
"Voyager 2" 1977-ci ildə Floridadan Günəş sistemini, eləcə də Yupiter, Saturn, Uran və Neptunu öyrənmək üçün buraxılıb və əkizi hesab olunan "Voyager 1"-dən bir neçə həftə əvvəl göndərilib.
NASA-nın "Voyager" missiyalarını idarə edən Reaktiv Sürət Laboratoriyasına görə gələn həftə NASA-nın Dərin Kosmos Şəbəkəsinin bir hissəsi olan Kanberra antenası hədəfinə çatmaq ümidi ilə "Voyager 2"-nin ətrafına doğru komandalar göndərəcək. Əks halda, NASA kommunikasiyanı bərpa etməli olan avtomatik kosmik gəminin sıfırlanması üçün oktyabr ayına qədər gözləməli olacaq.
Hələ də Yerlə təmasda olan Voyager 1 indi təxminən 24 milyard km uzaqlıqdadır və bu, onu bəşəriyyətin ən uzaq kosmik gəmisi edir.
Nəzrin
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi










.jpg)





















.jpg)



