Digər
Dənizdə iki ölkə arasında toqquşma baş verdi
Filipplə Çin arasında bu gün Cənubi Çin dənizində təhlükəli qarşıdurma baş verib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Filippin mətbuatı məlumat yayıb. Qeyd olunub ki, Çinin sahil mühafizə qrupları Filippin gəmilərinə təcavüz edərək gəminin yolunu kəsib, daha sonra təzyiqli su ilə gəmiyə hücum ediblər.
Regiondakı digər ölkələr arasında böhranın əsas səbəbi olan Cənubi Çin dənizini Çin özünə aid etsə də, beynəlxalq ictimaiyyət bunu qəbul etmir. Malayziya, Vyetnam, Bruney, Tayvan və Filippin də dənizin bəzi hissələrinə nəzarət etdiklərini bəyan edirlər.
Filippin Ordusunun bəyanatında deyilir: "Çin sahil mühafizəçiləri müntəzəm olaraq əsgər və təchizat daşıyan gəmiyə hücum edərək, beynəlxalq hüququ pozaraq, gəmidəki insanların təhlükəsizliyini riskə atıblar".
Bu açıqlamaya Çin çox açıq cavab və iddialı reaksiya verib: Filippin gəmisi qanunu pozdu və sərhədi pozdu. Gəmi qanunsuz tikinti materialları daşıyırdı".
Hadisəyə ABŞ-dan da münasibət bildirib. ABŞ Dövlət Departamentinin bəyanatı qeyd edib ki, Çinin status-kvonu dəfələrlə təhdid etməsi Cənubi Çin dənizinin sülh və sabitliyini birbaşa risk altına atır. Bu hadisədə ABŞ-ın Filippinin tərəfində olduğu da bildirilib.
Aytən Məftun
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































