Digər
Qərb Ukraynaya nə qədər yardım edib? - Şoyqu elə bir rəqəm dedi ki...
Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO, Avropa İttifaqı (Aİ) və onların tərəfdaşlarının Ukraynaya bu günə qədər ayırdığı yardımın həcminin 160 milyard dolları keçdiyini bildirib.
Publika.az xəbər verir ki, Şoyqu nazirlik rəsmiləri ilə görüşündə Rusiyanın qərb sərhədlərinin hərbi cəhətdən möhkəmləndirilməsi, Leninqrad və Moskva hərbi dairələrinin yaradılması barədə danışıb. Qərb ölkələrinin Ukraynaya dəstəyini davam etdirdiyini bildirən Şoyqu, “Kollektiv Qərb kukla Kiyev rejiminə görünməmiş dəstək verməklə Rusiyaya qarşı vəkalət müharibəsi aparır”,- deyə bildirib.
Şoyqu bəyan edib ki, Ukrayna ötən ilin fevralından bəri Qərbdən yüzlərlə tank, 4000-dən çox zirehli texnika, 1000-dən çox artilleriya sistemi, onlarla çoxbarrelli reaktiv yaylım atəşi sistemi və hava hücumundan müdafiə raket sistemləri alıb.
“NATO, Aİ və onların tərəfdaşlarından yardımın ümumi məbləği 160 milyard dolları keçib”,- o deyib.
Şərqi Avropa ölkələrinin silahlı qüvvələri nəzərə alınmaqla Rusiya-Belarus İttifaqı dövlət sərhədlərinin bilavasitə yaxınlığında 360 minə yaxın əsgər, 8 min tank və zirehli texnika, 6 min artilleriya sistemi, 650 təyyarə və helikopter yerləşdirildiyini qeyd edən Şoyqu bildirib ki, keçən il qeyri-regional dövlətlərdə NATO blokunun əsgərlərinin sayı fevral ayından bu yana 2,5 dəfə artaraq 30 min nəfərə çatıb.
Nəzrin
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































