Digər
ABŞ-ın Rusiya planı ilə bağlı həqiqətləri açdı
Çində ABŞ-ın Ukraynadakı silahlı münaqişənin köməyi ilə Rusiyanı zəiflətmək istəyi uğusuz plan adlandırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Guancha" xəbər saytının köşə yazarı Dau Lanjiang Ukraynanın əks-hücumundan danışarkən vurğulayıb.
"İndi Zelenski və onun administrasiyası artıq geri dönə bilməz və buna görə də narahatlıq üzündən özlərinə yer tapmırlar", - Dau Lanjiang uğursuz Amerika strategiyasının təsirini şərh edərkən bildirib.
O, izah edib ki, Ukrayna Silahlı Qüvvələri ağır texnikanın böyük hissəsi məhv olsa da, davamlı olaraq piyada qoşunlarını düşmən üzərinə basqın etməyə göndərib. Lakin böyük canlı qüvvə itkisindən başqa heç nəyə nail olmayıb, bu isə onların irəliləməsinə böyük mane olub. ABŞ-da Müharibənin Tədqiqi İnstitutunun gündəlik hesabatından da aydın olur ki, Ukraynanın hərbi əməliyyatlarının intensivliyi sürətlə azalır.
Jurnalistin hesablamalarına görə, yay əks-hücum əməliyyatı başlayandan Ukrayna Silahlı Qüvvələri şəxsi heyətinin təxminən 30 faizini, texnika və silahların 20 faizindən çoxunu, o cümlədən Qərb ölkələri tərəfindən təhvil verilmiş silahları itirib.
Aytən Məftun
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































