Digər
Pakistanda 600 nəfər saxlanıldı
Pakistanın Faisalabad bölgəsindəki Jaranvala şəhərində bir xristianın Qurana hörmətsizlik etdiyini iddia etməsindən sonra baş verən hadisələrlə bağlı istintaq davam edir.
Publika.az xəbər verir ki, kilsələrə və xristian azlıqların evlərinə hücum etdikləri üçün polis rəsmiləri 600-dən çox insanı “terrorçuluq və talançılıq” ittihamı ilə həbs edib.
Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Beluç verdiyi yazılı açıqlamada baş verənlərin qeyri-qanuni və konstitusiyaya zidd olduğuna işarə edərək, bu cür zorakılıq hərəkətlərin qəbul edilməz olduğunu vurğulayıb.
Dini azlıqların ölkənin bərabərhüquqlu vətəndaşları olduğunu qeyd edən Baluç vurğulayıb ki, İslamabad sosial birliyi, tolerantlığı və qarşılıqlı hörməti təşviq etmək üçün azlıqların konstitusiya ilə təmin edilmiş hüquq və azadlıqlarının qorunmasına tam sadiqdir.
İctimai asayişi təmin etmək üçün hadisələrin baş verdiyi rayonlara 6 mindən çox təhlükəsizlik qüvvəsi cəlb edilib. Səlahiyyətlilər insidentlər nəticəsində ölən və yaralananların olmadığını bildiriblər.
Müvəqqəti hökumətin baş naziri Ənvarul Hak Kakar sosial media hesabından verdiyi açıqlamada hadisələri pisləyərək qanunu pozan və azlıqları hədəf alanlara qarşı sərt tədbirlər görüləcəyini bildirib.
Aytən
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi










.jpg)






















.jpg)



