Digər
ABŞ prezidenti ilə Yaponiya və Cənubi Koreya nazirlərinin zirvə toplantısı keçiriləcək
Yaponiyanın baş naziri Fumio Kişida, ABŞ prezidenti Co Bayden və Cənubi Koreya lideri Yoon Seok Yeol üçtərəfli sammitdə iqtisadi təhlükəsizliyin qorunması və Çinin nəzarət altına alınması üçün əməkdaşlıq haqqında razılığa gəlməyi planlaşdırırlar.
Publika.az xəbər verir ki, bu barədə "Nikkei" yazıb. Nəşr qeyd edib ki, üç ölkə arasındakı münasibətlər Şimali Koreyanın nüvə raket proqramı üzərində qurulub.
"Cümə günü keçiriləcək sammit bu əməkdaşlığı, o cümlədən Çinin nəzarət altına alınması və iqtisadi təhlükəsizliyi genişləndirəcək".
Siyasətçilərin Tayvan boğazında sülh və sabitliyi müzakirə edəcəkləri, həmçinin Qlobal Cənub adlanan ölkələrə, xüsusilə Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası ölkələrinə və Sakit Okean adaları ölkələrinə dəstək vermələri gözlənilir.
Ağ Evdən verilən məlumata görə, ABŞ prezidenti Co Bayden, Yaponiyanın baş naziri Fumio Kişida və Cənubi Koreya prezidenti Yoon Seok-yeol bu gün Vaşinqton yaxınlığındakı Kemp Deviddəki ölkə iqamətgahında zirvə toplantısı keçirəcəklər.
Avqustun 21-dən 31-dək Cənubi Koreya-ABŞ arasında “Ulchi Freedom Shield” (Ulchi Azadlıq Qalxanı) adlı illik təlim keçiriləcək.
Aytən Məftun
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































