Digər
Dağıstan rəhbəri Mahaçqaladakı faciənin səbəbini açıqladı
Dağıstan Respublikasının rəhbəri Sergey Melikov bildirib ki, Mahaçqalada faciəyə sahibkarların və hakimiyyətin laqeydliyi səbəb olub. Onun sözlərinə görə, nəzarət orqanları artan təhlükə ilə bağlı təsərrüfat obyektlərinin fəaliyyətinə nəzarət etməli idi.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti yazıb.
Məlikov bu məsələ ilə bağlı işi davam etdirəcəyini, o cümlədən Mahaçqaladakı yanacaqdoldurma məntəqəsində fövqəladə vəziyyətdən sonra verilən tapşırıqların yerinə yetiriləcəyini vəd edib. Respublika rəhbəri onu da bildirib ki, indiyədək cinayət işində yalnız bir şübhəli saxlanılıb.
Xatırladaq ki, avqustun 14-də axşam saatlarında Mahaçqalanın kənarında avtomobil servisində partlayış baş verib. Daha sonra yanğın yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib. Ekspertlərin 35 ton trotil ekvivalentində qiymətləndirdiyi partlayış nəticəsində 115 nəfər xəsarət alıb, onlardan 62-si xəstəxanadadır, 35 nəfər ölüb.
Moskvanın Basmannı məhkəməsi Mahaçqala ətrafında yanacaqdoldurma məntəqəsində baş verən partlayışda şübhəli bilinən Eldar Nəsrulayevi iki aylıq həbsə göndərib.
Aytən Məftun
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































