Digər
Müsəlmanlar 250-dən çox nifrət mitinqinin hədəfinə çevrilib
Hindistanda azlıqlara qarşı hücumları izləyən “Hindutva Watch” adlı araşdırma təşəbbüsü, 2023-cü ilin birinci yarısında ölkədə müsəlmanlara qarşı nifrət nitqini təşviq edən 250-dən çox mitinq keçirildiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə "2023-cü ilin ortası hesabatı: Hindistanda müsəlmanlara qarşı nifrət nitqi mitinqləri" adlı hesabatda qeyd olunub. Hesabatda həmçinin müsəlmanları hədəf alan təhlükəli sui-qəsd nəzəriyyələrinin yayıldığı, zorakılıq, silahlanma və sosial-iqtisadi boykot çağırışlarının edildiyi bu mitinqlərin 2014-cü ildə millətçi Bharatiya Janata Partiyasının (BJP) hakimiyyətə gəlişindən sonra artmağa meylli olduğu və bir çox hökümət üzvlərinin oxşar bəyanatlar verdiyi bildirilib.
Məlumata görə, mitinqlərin 80 faizi BJP-nin hakimiyyətdə olduğu ştatlarda və birlik ərazilərində keçirilib, xüsusilə Maharaştra, Karnataka, Madhya Pradesh, Racastan və Qucarat əyalətləri bu mövzuda liderlik ediblər.
ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası ölkəni 2020-ci ildən bəri dini azadlıqların sistematik, davamlı və kobud şəkildə pozulmasına görə “narahatlıq doğuran ölkə” adlandırır.
Nəzrin
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































