Digər
Çin “blokada”ya hazırlaşır: Kütləvi şəkildə...
ABŞ-ın qabaqcıl yarımkeçiricilər üzərindəki ticarət məhdudiyyətlərinə qarşı çıxmaq üçün Çin cəsarətli bir addım atmağa qərar verib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çin aktiv şəkildə dünyanın ən yaxşı təchizatçılarından çip almağa başlayacaq.
Son rübdə çip nəhənglərinin gəlirinin 40%-dən çoxu Çinli müştərilərdən əldə edilib və "Lam Research Corp" bu siyahıda liderlik edir - demək olar ki, 50%. "Tokyo Electron Ltd." Çinə tədarükün rekord həddini çatdırıb. "ASML Holding NV" isə ən müasir sistemlərin ixracına qadağa qoyulmasına baxmayaraq, artıq gəlirinin əhəmiyyətli hissəsini bu ölkədən əldə edib.
ABŞ tərəfindən ixrac məhdudiyyətlərinin sərtləşdirilməsi çip avadanlıqlarının Çinə satışını yavaşıatmayıb, əksinə daha sürətləndirib. "Applied Materials Inc." Çində satışların xeyli artdığını və müştərilərin kompüter yaddaşının ciddi miqdarda tədarükləri səbəbindən artımın davam edəcəyini bildirib.
Bununla belə, sənaye ekspertləri xəbərdarlıq edib ki, Çinin sifarişləri bu şəkildə artırması ortamüddətli perspektivdə dayanıqlı ola bilməz, çünki bu, inventarların tükənməsinə və ya daha ixrac qaydalarında böhrana gətirib çıxara bilər.
Aytən Məftun
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































