Digər
Şimali Koreyadan üçüncü cəhd: casus peyki startda
Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik bildirib ki, Şimali Koreya hərbi casus peyki buraxmağa yenidən cəhd edə bilər.
Publika.az xəbər verir ki, Şin Von kəşfiyyat məlumatlarına istinadən belə deyib.
“Cənubi Koreya və ABŞ Şimali Koreyanın hərəkətlərini izləyir. Şimali Koreya təxminən bir həftə ərzində baş tutmalı olan buraxılışa hazırlaşır”. Cənubi Koreyanın müdafiə nazirinin sözlərinə görə, Şimali Koreya "demək olar ki, Rusiyanın köməkliyi ilə problemlərini aradan qaldıraraq bu məsələni həll etdi”.
Şin bildirib ki, Şimali Koreyanın hərbi casus peykini orbitə buraxması müttəfiqlər tərəfindən diqqətlə izlənilir. Çünki uğurlu buraxılış silah kimi istifadə oluna biləcək raket texnologiyasında irəliləyiş hesab oluna bilər.
Qeyd edək ki, Şimali Koreyaya BMT Təhlükəsizlik Şurasının sanksiya qətnamələrinə uyğun olaraq ballistik raket texnologiyasından istənilən istifadə qadağandır.
Cəmilə
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
























.jpg)













