Digər
Zəngəzur dəhlizi ilə bağlı ŞOK İDDİA: "Nəzarəti həyata keçirmək hüququ..."
2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulub ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinə nəzarət Rusiya sərhədçiləri tərəfindən həyata keçirilməlidir. Lakin Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması ilə yanaşı, həmin müddəa tədricən dövriyyədən çıxdı.
Publika.az xəbər verir ki, bu barədə "Hraparak" yazır.
Politoloq Tiqran Qriqoryanın fikrincə, Yerevan və Bakı belə nəzarəti həyata keçirmək hüququnun xarici özəl şirkətə verilməsi məsələsini müzakirə edir.
"Bu xəbərin nə dərəcədə doğru olduğunu bilmirəm, əlbəttə ki, belə bir müzakirə baş verərsə, mənim heç bir şübhəm yoxdur. Nikol Paşinyan Qərb himayədarlarını onların (Azərbaycan rəhbərliyinin) əmrlərinə itaətkarlıqla əməl etdiyinə inandırdığı müddətcə hər şeyə qadirdir. Bu, Rusiyanı Cənubi Qafqazın bizə aid ola hissəsindən çıxarmaqdır. Paşinyan bununla da Qərbin himayəsi altında şəxsi hakimiyyətini qoruyur və ondan irəli gələn imtiyazların sevincindən həzz alır", - Qriqoryan bildirib.
O qeyd edib ki, əgər belə bir layihənin ola biləcəyini qəbul etsək, onun təşəbbüskarı Azərbaycan Prezienti İlham Əliyev olmalıdır:
"Çünki o, sonradan Paşinyan hakimiyyətinin "nümunəvi tələbə" zəhməti ilə həyata keçirdiyi bütün təşəbbüslərin müəllifidir. Onların zərurətini Nikolun Etmənistan Milli Məclisinin deputatları təyin etdiyi şəxslər əsaslandırırlar. Nədən danışdığımızı başa düşmək üçün sadə bir misal təqdim edim. Kapitalist cəmiyyətində özəl şirkət deyilən şey məhz belə bir məhsuldur ki, (məsələn, maşın, mənzil və s.) müəyyən bazar dəyəri var və həmin məhsulun bazar qiymətindən bir neçə dəfə artığını təklif edən alıcı ortaya çıxarsa, bu şirnikləndiriciyə təslim olmamaq çox çətin olacaq. Daha doğrusu, bu, sadəcə olaraq mümkün olmayacaq.
Bu o deməkdir ki, nəqliyyat rabitəsinə nəzarət İlham Əliyevin özünün təyin etdiyi azərbaycanlıların əlinə keçəcək. Ya da Ərdoğanın təyin etdiyi türklərin əllərinə... Amma bu vacib deyil".
Hüseyn İbadlı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













