Digər
Yeniyetmə atasının ad gününü qana boyadı - Ailə üzvlərini vəhşicəsinə qətlə yetirdi
İtaliyada 17 yaşlı yeniyetmə tək yaşamaq istəyib və bu məqsədlə ailəsini vəhşicəsinə qətlə yetirib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Bildirilir ki, faciə yeniyetmənin atasının 51 yaşını qeyd etməsindən dərhal sonra baş verib. O, valideynlərinə, həmçinin yatmış kiçik qardaşına çoxsaylı bıçaq zərbəsi endirib.
Yeniyetmənin sözlərinə görə, o, atasının ad günündən sonra ailəsindən qurtulmaq qərarına gəlib. Bunun üçün gecə saatlarında mətbəx bıçağını götürərək kiçik qardaşının otağına daxil olub və ona 10 zərbə endirib. Ardınca valideynlərinə hücum edib. Nəticədə atasına və anasına çoxlu zərbələr endirib, onları da qətlə yetirib.
Qeyd edilir ki, yeniyetmə hadisədən sonra polisə zəng edərək, cinayətini etiraf edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları dəhşətli mənzərə ilə üzləşiblər.
Yeniyetmə polisə verdiyi ilkin ifadəsində “Onları öldürməyimin elə də önəmli səbəbi yoxdur. Sadəcə, ailəmdə özümü yad, məzlum hiss etdim. Düşündüm ki, onları öldürməklə bu diskomfortdan qurtulacam”, - deyə bildirib.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)













