Digər
“Starliner” Yerə astronavtlarsız qayıdır
İyunda kosmosa uçan “Boeing Starliner” gəmisi pilotsuz vəziyyətdə geri qayıdır.
Publika.az xəbər verir ki, ABŞ saatı ilə axşam saatlarında Beynəlxalq Kosmik Stansiyanı tərk edən gəminin bir neçə saat sonra Nyu-Meksiko ştatında yerə eniş etməsi gözlənilir.
NASA ilə kontrakt əsasında “Boeing” şirkəti tərəfindən yaradılmış “Starliner” NASA astronavtlarının iştirakı ilə ilk uçusunu iyunun 5-də reallaşdırıb. Sınaq missiyasının təxminən bir həftə çəkməsi gözlənilsə də, gəminin mühərrikindəki problemə və ardından helium sızmasına görə gəmi ekipajla birlikdə stansiyanı tərk edə bilməyib. Mütəxəssislər problemi aradan qaldıra bilmədiyi üçün gəminin Yerə ekipajsız qayıtmasına qərar verilib.
Ekipaj üzvləri Suni Uilyams və Batç Vilmor isə orbitdəki laboratoriyada daha 5-6 ay qalmalı olacaqlar. Astronavtların fevrala kimi Beynəlxalq Kosmik Stansiyada qalması və “SpaceX”-ə məxsus “Crew Dragon” kosmik gəmisi ilə geri qayıtması planlaşdırılır.
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya10 Avqust 16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO





































