Digər
27 milyon tonluq asteroid sürətlə Yerə yaxınlaşır
Potensial təhlükəli Apofis asteroidi ilə bağlı yeni detallar açıqlanıb.
Publika.az xəbər verir ki, "Apofis"in diametri 350 metrdən çox, çəkisi 27 milyon tondur.
O, Yerə doğru demək olar ki, 40 km/san sürətlə uçur.
99942 nömrəli asteroid Arizonadakı Kitt Pik Rəsədxanası tərəfindən aşkar edilib. O, qədim Misir tanrısı, Günəşi udmağa çalışan Apofisin - tanrı "Ra"nın şərəfinə adlandırılıb.
NASA hesab edir ki, Apofis Yerə düşərsə, zərbə qüvvəsi 506 meqaton olacaq - bu, Xirosimaya atılmış 40 atom bombasına bərabərdir.
Bundan əvvəl, sentyabrın 18-də Rusiya Kosmonavtika Akademiyasının fəxri üzvü Anatoli Zaitsev “İzvestiya”ya deyib ki, Apofis asteroidinin Yerlə toqquşması yüz illər ərzində mümkün deyil.
"O, kosmik obyektlə qarşılaşa, trayektoriyası dəyişə və planetə doğru istiqamət ala bilər. Lakin bu, “fantaziya” olaraq qalır və bunun baş vermə ehtimalı çox azdır", deyə Zaitsev qeyd edib.
Ötən ilin noyabrında Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun baş elmi işçisi Nikolay Jeleznov isə 2029-cu ildə Yer kürəsinin yaxınlığından keçəcək Apofis asteroidinin Yerin ətrafındakı peyklərlə “boulinq oynaya” biləcəyini söyləmişdi.
Həmin ilin oktyabrında fizika-riyaziyyat elmləri namizədi Aleksandr Rodin “İzvestiya” ilə söhbətində Apofis asteroidinin Yerlə toqquşma ehtimalının sonrakı min il üçün ehtimal xaricində olduğunu demişdi.
Ləman
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)













