Dünya
“Oşadbank” Rusiyaya qarşı 15 milyardlıq iddia irəli sürdü
Ukrayna dövlətinə məxsus olan "Oşadbank" Krımda itirilən əmlakına görə Rusiyaya qarşı 15 milyard qrivnalıq (təxminən 730 milyon dollar) iddia qaldırıb.
Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseniy Yasenyuk bildirib.
Arseniy Yasenyuk digər dövlət şirkətlərini də “Oşadbank”ın etdiyini təkrarlamağa çağırıb.
Ukraynanın baş naziri bundan əvvəl də Rusiyanı Krımda
"Oşadbank"ın əmlakını oğurlamaqda ittiham edib. “Dövlətə məxsus
"Oşadbank"ın Krımda 300 kiloqram qızılı olub. Onlar 300 kiloqram
qızılı sadəcə oğurlayıb aparıblar. Ukrayna Milli Bankının Krım
Muxtar Respublikasındakı bölməsində bizim 4 milyard qrivna
(təxminən 300 milyon dollar) pulumuz var idi”, - Yasenyuk
bildirib.
Kiyev Krımda Rusiyanın ona vurduğu ziyanı 1 trilyon qrivna (təxminən 100 milyard dollar) qiymətləndirir.
Ömər Dağlı
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?