İŞİD namazı qadağan etdi - ŞOK
Bizi izləyin

Dünya

İŞİD namazı qadağan etdi - ŞOK

İŞİD terror qruplaşması nəzarət altında saxladığı İraqın Mosul şəhərində bayram namazını qadağan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Rudaw” TV-yə danışan Kürdüstan Demokrat Partiyasının (KDP) Mosuldakı nümayəndəsi İsmət Rəcəb bildirib.

Onun sözlərinə görə, İŞİD bayram namazının “bidət” (sonradan gətirilən) olduğunu bildirərək qılınmasını qadağan edib. Terror qruplaşması bayramda məscidlərin izləniləcəyini və namaz qılanların cəzalandırılacağını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm