Dünya
İlham Əliyev Yubiley medalı ilə təltif olundu
Türkiyənin İstanbul şəhərində Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun 5-ci ildönümü ilə bağlı mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Fondun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və bu
qurumun fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Yubiley medalı ilə təltif
olunub.
Tədbirdə çıxış edən Türkiyənin Avropa İttifaqı üzrə nazirinin
müavini Ələddin Büyükkaya Fondun Avropa İttifaqı ilə münasibətlərə
xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, fondun fəaliyyətindən söz
açaraq bu günədək mədəniyyət, sosial və iqtisadi sahələrdə 300
qədər layihənin icra edildiyini söyləyərək quruma uğurlar
arzulayıb.
Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq
Fondunun prezidenti, Türkiyə Böyük Millət Məclisinin deputatı
İsmayıl Safi rəhbərlik etdiyi təşkilatın 5 illik fəaliyyəti və
gələcək planları haqqında ətraflı məlumat verib. Bildirilib ki, 20
ölkənin təmsil olunduğu fondun əsas məqsədi Xəzər dənizi bölgəsi
ilə Qara dəniz ölkələri arasında iqtisadi inkişaf, ətraf mühit,
elim, təhsil, mədəni müxtəliflik, tolerantlıq və mədəniyyətlərarası
dialoq sahəsində əməkdaşlıq yaratmaqdır.
Azərbaycanın qurumdakı fəaliyyətinə toxunan İ. Safi dövlət başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. O, Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Qara Dəniz və Xəzər Dənizi Fondunun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilatın fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fondun Yubley medalı ilə təlfif edildiyini bildirib.
Mərasim bədii hissə ilə davam etdirilib.
Azərtac
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq