Dünya
Jirinovskidən Poroşenkoya təklif: "Zavodları dəyişdirək"
Rusiyanın Liberal Demokratik Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski Ukrayna prezidenti Pyotr Poroşenkoya işgüzar təklif edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən bildirir ki, Jirinovski Lipetsk şirniyyat fabrikinin ona verilməsini istəyib.
Dövlət Dumasının deputatı qeyd edib ki, şirniyyat fabriki ona veriləcəyi halda Ukrayna hakimiyyətindən Kostopol şəhərindəki fabriki qaytarmağı tələb etməyəcək. Qeyd edək ki, Jirinovski fabrikin tikilmiş olduğu ərazinin vaxtilə babasına aid olduğunu bildirir. Partiya sədri Kostopolda fabrikin tikildiyi ərazinin bir neçə dəfə ona qaytarılmasını tələb edib.
“Poroşenkoya fabriklərin mübadilə edilməsini təklif edirəm. O, mənə Lipetskdəki zavodunu verir, mən isə Kostopoldakı fabriklə bağlı iddiaları geri çəkirəm”, - deputat “Twitter”dəki səhifəsində yazıb.
Moskva şəhər məhkəməsi isə Poroşenkonun Lipetsk şirniyyat fabrikinin əmlakını həbs edib. Həbs Lipetsdəki “Roshen” şirniyyat fabrikinin ərazisində yerləşən 4 istehsalat kompleksinə, hazır məhsul anbarına və inzibati binaya aid edilib.
Şirkətin baş menecerləri 180 milyon rublluq (3 milyon 200 min dollar) dələduzluqda günahlandırılıb. Fabrikin dəyəri isə 2 milyard rubl (təxminən 35 milyon dollar) təşkil edir.
Ömər Dağlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq