Dünya
Yəməndə hava limanı üsyançılardan alınıb
Yəmənin hökumət qüvvələri Huti üsyançılarla döyüşdə Aden şəhərindəki beynəlxalq hava limanını ələ keçiriblər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, mühacirətdə olan hökumət strateji cəhətdən vacib olan bu liman şəhəri ətrafında döyüşlərin davam etdiyini və iyulun 13-dən şəhərə beynəlxalq humanitar yardımın dayandırıldığını bildirib. Mühacirətdə olan prezident Mansur Hadiyə sadiq qüvvələrin həmçinin Adenin mərkəzi Xormaskar rayonunu ələ keçirdikləri bildirilir.
Associated Pressin məlumata görə, Huti üsyançılar dənizə tərəf sıxışdırılıb.
Hokumət qüvvələrinin sözçüsü Ali al Ahmadi əməliyyatın Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya rəhbərliyi ilə razılaşdırıldığını deyib.
Koalisiya qüvvələri bu ilin martından İranın dəstəklədiyi Huti birləşmələrinin mövqelərini havadan bombalayır.
Şiələrdən ibarət bu qrup ötən ilin sentyabrından paytaxt Sanaa və bir sıra bölgələri ələ keçiriblər.
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu