Kadırov arvadını boşamaqla hədələdi - FOTO
Bizi izləyin

Dünya

Kadırov arvadını boşamaqla hədələdi - FOTO

Ramazan Kadırov Çeçenistandan xaricdə istehsal edilən qida məhsullardan imtina etdiyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, o, "vkontakte"sosial şəbəkəsindəki səhifəsində bu haqda yazıb.

Çeçenistan lideri Qudermesdə uşaq qida məhsulları istehsal edən kombinata gedəndən sonra belə bir qərara gəldiyini deyib.


"Mən hamıya bildirirəm ki, bu gündən sonra əgər bir qida məhsulu Çeçenistanda istehsal edilirsə, onun xarici ölkədə istehsal edilən analoqu mənim masamda olmamalıdır", - deyən Kadırov əks halda həyat yoldaşı Mendini boşayacağını bildirib.


"Düzdü, bu sözlərə görə anam məni çox danladı. Elə qapının ağzındaca o, məni danlamağa başladı ki, "niyə belə zarafat edirsən?" Mən isə bunun zarafat olmadığını deməyə cürət edə bilmədim. Onu başı aşağı dinlməyə məcbur qaldım", - deyə Çeçenistan rəhbəri sosial şəbəkədəki səhifəsində yazıb.



Kadırov daha əvvəllər də xaricdə istehsal edilən məhsulları boykot etmişdi. O, mart ayında instagram səhifəsində "iPhone" telefonlarından itmina etdiyini yazmışdı. Əvəzində"YotaPhone" smartfonlarından istifadə edəcəyinə söz vermişdi. O, rusiyalıları "iPhone" almamağa, milli istehsalçıları dəstəkləməyə" səsləmişdi. "Çünki "Apple" şirkətinin telefonlarını alanlar Amerikanın Hərbi Sənaye Kompleksini maddi dəstəkləmiş olurlar".




Bundan başqa, Ramzan Kadırov rusiyalı istifadəçilərə xarici sosial şəbəkələrdən imtina etməyi də məsləhət görmüşdü. Bu haqda öz İnstagram səhifəsində yazan lider bu yolla ABŞ sosial şəbəkələrinin dəyərinin artdığını demişdi. O, rusları tədricən "vkontakte" sosial şəbəkəsinə keçməyi məsləhət görmüşdü. Bir müddət sonra isə öz instagram səhifəsini bağlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm