Dünya
Yaxın Şərqin xəritəsi dəyişir: İŞİD yeni oyunçu dövlət olacaq – ŞOK PROQNOZ
İraq Şam İslam Dövlətinin (İŞİD) rəsmən dövlət olacağı təhlükəsi getdikcə güclənir.
Publika.az xəbər verir ki, buna səbəb olan amillər arasında İŞİD-in
dövlət olaraq ictimai rəyə sırınması, xüsusilə Qərb mediasının
qruplaşmanı “islam dövləti” kimi təqdim etməsidir.
Rusiyanın “İctimai rəy” fondunun İŞİD haqda sorğusunda da maraqlı
nəticələr ortaya çıxıb. Fondun respondentləri arasında 62 faiz İŞİD
haqda məlumatlıdır. 34 faiz isə bu haqda ilk dəfə eşitdiyini deyir.
28 faiz respondent qruplaşmaya qarşı Rusiya və Qərbin birgə
mübarizə aparmalı, 8 faiz isə Moskvanın təkbaşına hərəkət etməli
olduğunu düşünür.
Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin
beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko isə
İŞİD-in fəaliyyətində bir neçə maraqlı məqam olduğunu deyib.
“Birincisi, mən körfəz ölkələrində İŞİD təhlükəsindən narahatlıq
keçirənlərin olduğunu eşitməmişəm. Hərçənd, bu ölkələrin orduları
son dərəcədə zəifdir. Yəni ABŞ kömək etməyə macal tapmadan İŞİD
onlara hücum edə bilər. Görünür, onlar İŞİD-in hara hücum edəcəyini
yaxşı bilirlər. İkincisi, İŞİD şərqə, yaxud cənuba deyil, yalnız
qərbə doğru hərəkət edir. Yəni Suriya istiqamətində Türkiyəyə
doğru.
Üçüncüsü, amerikanlar ötən payızda İŞİD probleminin İranı İraqa
girməyə məcbur edəcəyini gözləyirdilər Lakin buna nail ola
bilmədilər”, - deyə ekspert vurğulayıb.
Strateji qimyətlərndirmə mərkəzinin baş direktoru Sergey Qrinyev
isə hesab edir ki, İŞİD-in “İslam dövləti”nə çevrilərək yeni
beynəlxalq oyunçu kimi formalaşması müşahidə olunur: “Yaxın
vaxtlarda Yaxın Şərq xəritəsində Vaşinqton belə bir oyunçusunu
yetişdirəcək və qəbul etdirəcək. Bu gün İŞİD dövlət üçün lazım olan
hər şeyi edir. Öz nazirlikləri, dövlət qurumları var. Öz
məzənnəsinə sahibdir. Onlar regional təşkilat olmaqda da
istəmirlər. Bütün hədəfləri dövlət qurmaqdır”.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu