Dünyanın ən yaxşı 10 boksçusu – Yeni reytinq
Bizi izləyin

İdman

Dünyanın ən yaxşı 10 boksçusu – Yeni reytinq

Nüfuzlu “The Ring” jurnalı çəki dərəcəsindən asılı olmayaraq dünyanın ən yaxşı boksçularının yenilənmiş reytinqini dərc edib.

Publika.az xəbər verir ki, reytinqin yeni lideri bu yaxınlarda Luis Neri ilə döyüşdə ikinci ən yüngül çəkidə mütləq çempion titulunu qoruyan yapon boksçusu Naoya İnouedir.

İkinci yeri avqustun 3-də Los-Ancelesdə 1-ci orta çəkidə ilk döyüşünü özbəkistanlı İsrail Madrimova qarşı keçirəcək amerikalı Terens Krouford tutub.

Ukraynalı boksçu Aleksandr Usik reytinqdə üçüncü yerdə qalıb. Mayın 18-də ukraynalı britaniyalı Tayson Fyuri ilə mütləq ağır çəkidə çempion titulu uğrunda döyüşəcək.

“The Ring”in versiyasına görə ən yaxşı 10 boksçu:

Naoya İnoue

Terens Krouford

Aleksandr Usik

Saul Alvares

Artur Beterbiyev

Dmitri Bivol

Errol Spence

Cervont Deyvis

Cessi Rodriges

Junto Nakatan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm