Dünya
Yunanıstan bankları yenidən fəalliyətə başlayıb
Bazar ertəsi Yunanıstanda borclara görə yaranmış böhran səbəbilə üç həftə əvvəl bağlanmış banklar yenidən fəaliyyətə başlayıb.
Afina, ötən həftə beynəlxalq kreditçilərlə borc əvəzinə islahatlar keçirilməsi şərtilə razılaşmaya gəlib.
Bu isə, Yunanıstanın Avrozonanı tərk etməsinin qarşısını alıb. Lakin Yunanıstanda bir neçə qadağalar yerində qalıb, o cümlədən ƏDV də artırılıb.
Həftələrlə banklardan pul çıxarmaq üçün növbəyə durmaq yunanlılar üçün həyat tərzinə çevrilmişdi, lakin onlar hər gün yalnız 60 avro çıxara bilirdilər. Bu qadağa, bankları iflasdan qorumaq üçün qoyulub.
Bazar ertəsindən isə bu qadağa həftəlik tətbiq ediləcək, yəni yunanlılar həftə ərzində bankdan yalnız 420 avro çıxara biləcək və nəticədə, hər gün növbədə durmayacaqlar.
Ötən həftə Avrozonada günlərlə davam edən müzakirələrdən sonra, Yunanıstanın 86 milyard avro borc verilməsi barədə razılıq əldə edilib.
Yunanıstansa, bunun əvəzinə, bir sıra təqaüd və vergi kimi islahatlar həyata keçirməli, xərclərin azaldılmasına çalışmalıdır.
Maliyyə böhranı keçirən Yunanıstanın dövlət borcu 320 milyard avrodur.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."