Dünya
Maskalılar ölkəni belə qarışdırır: son 24 saatda nələr oldu? – FOTOLAR
Türkiyənin Şanlıurfa bölgəsinin Suruç qəsəbəsində İŞİD tərəfindən törədilən terror aktından sonra bütün ölkə miqyasında təxribat xarakterli hadisələr yaşanıb.
Publika.az xəbər verir ki, “Yeni Şafak” qəzeti
Suruç terrorundan sonrakı 24 saat sonra baş verənləri
araşdırıb.
İstanbulda AKP-nin Sancaqtepe qəsəbə binasına bomba atılıb. Qazi
Polis Mərkəzi avtomatla gülləbaran edilib. Həmçinin ən strateji
yerlərə hücumlar edilib. Batman, Mardin, Siirt və Şırnakda
Suruçdakı terror aktını bəhanə edərək küçələrə çıxanlar polislə
qarşıdurmaya gedərək, çaxnaşma yaratmağa çalışıblar. Etirazçılar
bütün Türkiyənin küçələrə çıxması üçün çağırışlar ediblər.
Batmanda yolları bağlamaq istəyən etirazçılar polisə daş və hava fişəngləri atıblar. Siirtdə kütlə polis əməkdaşlarından birini yaralayıb. Adıyaman və Mardində isə etirazçılar “molotov kokteyli”ndən istifadə edib.
Şırnaqda üzləri bağlı halda küçələrə çıxan bir qrup polis çavuşunu
linç etmək istəyiblər. Silopda yenə üzübağlı qruplar yolları
bağlayıb. İğdırla Ağırı vilayətində isə etirazçılar polislə silahlı
qarşıdurmaya gediblər. Diyarbəkirdə də silahlı insident yaşanıb,
gənclər əllərində silah küçələrə çıxaraq iaşə obyektlərini
dağıdıblar.
Bununla yanaşı, üzübağlı qruplar bir traktoru yandırıb, avtobus
sürücüsünü girov götürərək təhdid edib. Hazırda da müəyyən
bölgələrdə polislə qarşıdurmalar davam edir.
Asif Nərimanlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...