İrəvanda nisbi sakitlik bitdi: yeni dalğa başlayır
Bizi izləyin

Dünya

İrəvanda nisbi sakitlik bitdi: yeni dalğa başlayır

Enerji qiymətlərinin artmasına etiraz olaraq başlayan aksiyalar avqustun birinə qədər yenidən start götürəcək.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, aksiyaya hazırlıqla bağlı “Ayağa qalx, Ermənistan” vətəndaş hərəkatının üzvləri bu gün Azadlıq meydanında jurnalistlərə açıqlamasında belə deyiblər. Onların sözlərinə görə, çoxları Serj Sərkisyanın çıxışının problemi həll edəcəyini düşünür:

“Ancaq hesab edirəm ki, avqustun birinə qədər biz gücümüzü birləşdirməli və etiraz aksiyasının yeni dalğasını başlatmaqla, enerji qiymətlərinin bahalaşması qərarının ləğvinə nail olmalıyıq. Çünki biz məhkəmə sisteminə inanmırıq”, - deyə fəallardan olan David Sanasaryan bildirib.

Fəallar həmçinin deputatlarla müzakirə aparıblar və parlament üzvlərindən kimlərin onları dəstəklədiyini müəyyənləşdiriblər. Amma mediaya həmin deputat fraksiyasının adını verməyiblər.

Aktivistlər polisləri də dinc aksiya keçirilməsi müzakirələrinə dəvət edəcəklərini bildiriblər:

“Əgər polis bizlə razılaşmasa, onda hesab edəcəyik ki, onları xəbərdar etdik və aksiyamıza davam edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm