Dünya
Türkiyə İŞİD-lə müharibəyə başladı: F-16-lar bombaladı
Türkiyə Silahlı Qüvvələrinə məxsus 4 ədəd F-16 döyüş
təyyarəsi gecə saatlarında Suriya ilə sərhəd boyunca İŞİD-in
mövqelərini bombalayıb.
Publika.az xəbər verir ki, təyyarələr 5 dəqiqə
fərqlə Kilisin Seve kəndi ilə sərhəd olan Suriyanın Havalar kəndi
yaxınlığındakı İŞİD mövqelərinə ağır zərbələr vurub.
“Şəhid Yalçın hərəkatı” adlanan əməliyyata dünən təhlükəsizlik
şurasının toplantısında qərar verilib.
Əməliyyatın detalları haqda yayılan məlumata görə, F-16-lar gecə saat 03:12-də havaya uçub. Suriya torpaqlarındakı İŞİD-in üç mövqeyi əsas hədəf seçilib.
Təyyarələr 1 saat 12 dəqiqəyə əməliyyatı yerinə yetirərək geri
dönüb. Türkiyə əməliyyatla bağlı müttəfiqlərinə məlumat verib. Türk
döyüş təyyarələri Suriyanın hava məkanını pozmadan hədəfi
vurublar.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO