Fransada PKK terror təşkilatının müdafiəsinə qalxdılar
Bizi izləyin

Dünya

Fransada PKK terror təşkilatının müdafiəsinə qalxdılar

Bütün dünyanın terror təşkiltı kimi tanıdığı PKK Fransada müdafiə olundu.

Publika.az xəbər verir ki, Fransada Türkiyənin Şimali İraqda PKK-ya qarşı həyata keçirdiyi hava əməliyyatlarına qarşı etiraz aksiyası keçirilib.

Kütləvi yürüş Türkiyənin Suruc şəhərində çoxu Gənc Sosialistlər Federasiyası üzvləri olan 32 gəncin həyatına son qoymuş terror aktından bir neçə gün sonra təşkil olunub. Parisli etirazçılardan bəziləri Gənc Sosialistlər Federasiyasına bağlı təşkilatların fəalları olub. Onlar Türkiyəni İŞİD və PKK-ya bağlı şəxsləri həbs etdiyinə görə qınayıblar.

“Həyata keçirilən həbslərə diqqət yetirin. Açıq -aydın görünür ki, həbslər İŞİD-ə qarşı deyil, Türkiyədə yaşayan sosialistlərə qarşı yönəlib”, - deyə Gənc Mübarizə təşkilatının üzvü Berfin deyib.

PKK-nın mövqelərinin bombalanması İraqın İrbil şəhərində də etirazla qarşılanıb. 2 saat davam edən yürüşdə Türkiyə əleyhinə şüarlar səsləndirilib, AKP hökümətini İŞİD terror təşkilatı ilə əlbirlikdə ittiham edilib.

Əllərində bayraqlar və PKK lideri Abdulllah Öcalanın şəkillərini tutan etirazçılar Türkiyə konsulluğu önünə toplanıb. Etirazçıların dipmissiyasının binasına girməsinə imkan verməmək üçün ərazidə çevik polis alayı hazır vəziyyətdə gözləyib. Aksiya təşkilatçılarından olan Tara Hüsseyn 2 saata yaxın yürüş etmələrinə baxmayaraq, Konsulluğun onların etiraz notasını qəbul etmədiyini iddia edib.

Şənbə günü səhər saatlarından etibarən Türkiyə qırıcıları İraqın Şimali Kürdistan bölhəsindəki PKK düşərgələrinə və Suriyadakı İŞİD mövqelərinə aviazərbələr endirməyə başlayıb.

Türkiyə baş naziri Əhməd Davudoğlu bir gün əvvəl verdiyi mətbuat konfransında, aviareydlərin davam etdiriləcəyini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm