Dünya
PKK hücum etdi: Türkiyə ordusu şəhid verdi
PKK terrorçuları Türkiyə Silahlı Qüvvələrinin hərbi bölmələrinə hücum edib.
Publika.az İHA-ya istinadən xəbər verir ki, PKK Hakkari-Çukurca yolu üzərində kustar üsulla düzəldilmiş mina yerləşdirib. Ancaq mina partlamamışdan öncə xüsusi qrup tərəfindən zərərsizləşdirilib.
Terror təşkilatı Ağrı-Doğubayazıt-Van-Çaldıran yolu üzərində türk əsgərlərinə tələ qurub. Belə ki, kranı yola aşıran PKK-çılar avtomobillərin gediş-gəlişini bağlayıblar. Yolu açmağa gələn əsgərlər qəfil hücuma məruz qalıb. Qarşılıqlı atışmada Türkiyə ordusu heç bir itki verməyib.
Bu gün PKK Ərzurumda yerləşən hərbi hissəyə də əl bombası atıb. Qaçan terrorçular hərbi hissədən 200 metr uzaqlaşandan sonra qəza törədiblər. Lakin xəsarət almadan qaça biliblər.
Eyni zamanda Vandakı hərbi hissəyə də silahlı hücum olub. Türk
əsgərlərinin cavab atəşindən sonra PKK mənsubları geri çəkilib.
Eyni hücumlar Diyarbəkir, Şırnak və Hakkaridə də qeydə alınıb.
Bundan başqa, terrorçular Ağrıda Türkiyə-İran təbii qaz boru
kəmərini də partladıblar. Müdaxilədən sonra yanğın söndürülüb, boru
kəməri təmir edilib.
Hakkaridə PKK üzvlərindən biri silahsız olaraq həbs olunub. Daha
bir terrorçu isə özü təslim olub.
Son məlumatlara görə, bu gün səhər saatlarında Hakkaridə
terrorçuların hücumuna məruz qalan Türkiyə ordusunun zabiti Ziya
Sarpkaya xəstəxanada vəfat edib.
Asif Nərimanlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq