Dünya
Molla Öməri o əvəz edəcək: Talibanın yeni lideri məlum oldu
Taliban Molla Ömərin ölümündən sonra yeni lider
seçib.
Publika.az xəbər verir ki, BBC-nin təşkilatdakı mənbələrdən əldə
etdiyi məlumata görə, Talibanın yeni lideri Molla Ömərin müavini
olmuş Məhəmməd Mənsur seçilib.
Qeyd edək ki, iki həftə öncə Molla Ömərin adından Ramazan mesajı
yayılıb. Bu mesaj onun iki il öncə öldürüldüyü xəbəri haqda suallar
yaradıb. Əfqanıstan rəsmiləri isə Molla Ömərin 2013-cü ildə
xəstəlikdən öldüyünü bildirirlər.
Molla Məhəmməd Ömər, yaxud Molla Ömər adı ilə tanınan bu şəxs
Talibanın əsas liderlərindəndir. 1996-cı ildə Talibanın Kabili ələ
keçirməsindən sonra Əfqanıstanın böyük bir qismi tərəfindən dövlət
başçısı olaraq qəbul olunur. Lakin beynəlxalq ictimaiyyət onu
prezidenti kimi tanımayıb. O, ABŞ-ın 2001-ci ildə hücumlarına qədər
de-fakto olaraq dövlət başçısı olaraq fəaliyyət göstərib.
Molla Ömər 1960-cı ildə Əfqanıstanın Kandahar vilayətinin Şah-ı
Himmat kəndində doğulub. 1980-ci illərdə SSRİ-yə qarşı müharibədə
iştirak edib. Həmin vaxt mərmi partlayışı nəticəsində sağ gözünü
itirib.
“Əl-Qaidə” lideri Usama Bin Ladenin yaxın münasibət qurduğu çox az
adamlardan biri olub. ABŞ 11 sentyabr hadisələrində günahlandırılan
Molla Ömərin başına 10 milyon dollar pul qoymuşdu.
Asif Nərimanlı
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO