"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
Bizi izləyin

Hadisə

"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO

İraqlı sosial media fenomeni Om Fahad Bağdadda naməlum şəxslər tərəfindən silahla vurularaq öldürülüb.

Publika.az DHA-ya istinadən xəbər verir ki, İraq Daxili İşlər Nazirliyi hadisəni işıqlandırmaq üçün xüsusi əməliyyat qrupu yaradıb.

Nazirlik yerli KİV-də əksini tapan “təqsirkarın saxlanıldığı” barədə xəbərinin həqiqətə uyğun olmadığını və istintaqın hələ də davam etdiyini açıqlayıb.

Hadisə şahidləri bildiriblər ki, Om Fahad evinin qarşısında, öz avtomobilində ikən motosikletlə oradan keçən bir şəxs tərəfindən güllələnib.

Yerli media Om Fahad ilə başqa bir sosial media məşhuru Dalia Naeem arasındakı gərginliyə diqqət çəkib.

Qeyd edək ki, "TikTok" sosial şəbəkəsində yüz minlərlə izləyicisi olan Om Fahad ötən il “ictimai əxlaqa” uyğun gəlməyən videolar paylaşdığı üçün 6 ay həbs cəzasına məhkum edilmişdi.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm